Ərdoğanın İraq Kürdüstan Regionunun başçısı ilə telefon danışığı olub
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə İraq Kürdüstan Regionunun başçısı Neçirvan Bərzani arasında telefon danışığı olub.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının "X"dəki hesabında məlumat yayılıb.
Bildirilib ki, söhbət zamanı bölgədəki münaqişə və son hadisələr müzakirə edilib. Ərdoğan Bərzaninin iqamətgahına edilən hücumdan narahatlıq ifadə edib.
"Ərdoğan Türkiyənin bu və bənzər hücumların daim qarşısında olduğunu, bölgədə yaşanan münaqişələrin bir an əvvəl dayandırılmalı olduğunu vurğulayıb", - məlumatda vurğulanıb.
Qeyd edək ki, rəsmi Bağdad İraq Kürdüstan Regionunun başçısı Neçirvan Bərzaninin evinə pilotsuz uçuş aparatı ilə hücumdan sonra araşdırma aparılması barədə göstəriş verib.
Cumhurbaşkanımız @RTErdogan, Irak Kürt Bölgesel Yönetimi Başkanı Neçirvan Barzani ile bir telefon görüşmesi gerçekleştirdi.
— T.C. Cumhurbaşkanlığı (@tcbestepe) March 30, 2026
Görüşmede bölgemizdeki çatışma süreci ve son gelişmeler ele alındı.
Cumhurbaşkanımız Erdoğan, konutuna düzenlenen saldırı nedeniyle Neçirvan Barzani’ye…
Oxşar xəbərlər
"Gerçək vəd - 4" əməliyyatının 87-ci dalğası keçirilib
İran "Gerçək vəd – 4" əməliyyatının 87-ci dalğasını həyata keçirib. BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barərə İran İslam İnqilabı Keşikçiləri Korpus...