Ərdoğana sui-qəsd işində yeni saxlanılan var
2016-cı il iyulun 15-də Türkiyədə dövlət çevrilişinə cəhd zamanı Prezident Rəcəb Tayyib Ərdoğana qarşı planlaşdırılan sui-qəsd işi üzrə daha bir şübhəli saxlanılıb.
BAKU.WS xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb.
Məlumata əsasən, saxlanılan Ö.A.-nın sui-qəsd qrupunun üzvlərindən Burkay Karatepe ilə əlaqədə olduğu müəyyən edilib. Araşdırma zamanı onun B. Karatepeyə istifadə etməsi üçün özünə məxsus SIM-kartı verdiyi və uzun müddət gizlənməsinə yardım göstərdiyi üzə çıxıb.
Bildirilib ki, Ö.A. məhkəməyə çıxarıldıqdan sonra barəsində həbs qətimkan tədbiri seçilib və o, cəzaçəkmə müəssisəsinə göndərilib.
Qeyd edək ki, bundan əvvəl Türkiyənin Daxili İşlər Nazirliyi Prezident Rəcəb Tayyib Ərdoğana qarşı sui-qəsd cəhdi ilə bağlı 10 il ərzində "Qırmızı bülleten"lə beynəlxalq axtarışda olan FETÖ üzvünün yaxalandığını açıqlamışdı.
Oxşar xəbərlər
ABŞ-nin Vaşinqton ştatında meşə yanğınları səbəbindən fövqəladə vəziyyət elan edildi
ABŞ-nin Vaşinqton ştatında genişmiqyaslı meşə yanğınları səbəbindən fövqəladə vəziyyət elan olunub. BAKU.WS xəbər verir ki, bu barədə CNN məlumat yayıb. Məlumat...