Ərdoğana qarşı sui-qəsd cəhdinin iştirakçısı saxlanıldı
2016-cı il iyulun 15-də Türkiyədə dövlət çevrilişinə cəhd zamanı Prezident Rəcəb Tayyib Ərdoğana qarşı sui-qəsd cəhdinin iştirakçısı Muğla vilayətinin Marmaris rayonunda saxlanılıb.
BAKU.WS xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Türkiyənin Təhlükəsizlik Baş İdarəsinin Kəşfiyyat bölümünün rəhbərliyi altında Eskişehir və Afyonqarahisar vilayətlərinin polis kəşfiyyat, eləcə də Afyonqarahisar polisinin terrorizmlə mübarizə şöbələrinin ortaq şəkildə apardığı işlər sayəsində həmin şəxsin gizləndiyi ünvan aşkar olunub.
Qeyd edilib ki, saxlanılan şəxs 37 nəfərdən ibarət olan qrupun axtarışda olan sonuncu üzvü idi.
Oxşar xəbərlər
Yunanıstanda meşə yanğınları başlayıb
Yunanıstanın Salamina adasında, Volos və Attika bölgələrində meşə yanğınları baş verib. BAKU.WS xəbər verir ki, bu barədə ölkə mediası məlumat yayıb. Bildirilib...