Ərdoğan: Qəzaya uğrayan təyyarənin qalıqlarını aşkarlamaq üçün axtarışlar davam edir
Yeniliklərdən dərhal xəbərdar olun
Qəzaya uğrayan təyyarənin qalıqlarını aşkarlamaq üçün axtarışlar davam edir.
BAKU.WS report-a istinadən xəbər verir ki, bunu Türkiyəyə məxsus hərbi yük təyyarəsinin Gürcüstanda qəzaya uğraması haqda danışan Prezident Rəcəb Tayyib Ərdoğan deyib.
O, Türkiyənin bu qəzadan da minimum itki ilə çıxacağına ümid etdiyini bildirib:
"Təyyarəmizin qəzaya uğradığını öyrəndik. Ölkənin müvafiq qurumlarının təyyarənin qalıqlarını aşkarlamaq üçün axtarışları davam edir. İnşallah, bu qəzadan minimum itki ilə çıxarıq. Rəbbim şəhidlərimizə rəhmət eləsin, dualarımız onlarladır".
Oxşar xəbərlər
FES uçot dərəcəsini 4 % səviyyəsində saxlayıb
ABŞ-nin Federal Ehtiyat Sistemi (FES) Vaşinqton administrasiyasının tələbinə uyğun olaraq uçot dərəcəsini azaltmayıb. BAKU.WS "Report"a istinadən xəbər verir ki...