Ərdoğan: İsrailin İrana hücumu ilə başlayan gərginlik regionun təhlükəsizliyi üçün ciddi riskdir
Yeniliklərdən dərhal xəbərdar olun
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, İsrailin İrana qarşı həyata keçirdiyi hücumların Yaxın Şərqdə təhlükəsizlik balansını ciddi şəkildə təhdid etdiyini bildirib.
Bu barədə Oman sultanı Heysəm bin Tarık Əl Səid ilə telefon danışığı zamanı danışan Ərdoğan, hadisələrin nüvə sazişi üzrə danışıqların altıncı raundu ərəfəsində baş verməsini xüsusi vurğulayıb.
O, qeyd edib ki, bölgədə nüvə gərginliyinin həlli üçün yeganə çıxış yolu dialoq və diplomatiyadır.
Türkiyə lideri eyni zamanda diqqətə çatdırıb ki, yaşanan bu eskalasiya Qəzzada davam edən humanitar fəlakətin gündəmdən çıxarılmasına səbəb olmamalıdır və beynəlxalq ictimaiyyətin diqqəti bu məsələdən yayındırılmamalıdır.
Oxşar xəbərlər
Əndəlüs rəhbərliyi dəmiryol qəzasından sonra üçgünlük matəm elan edib
İspaniyanın Əndəlüs muxtar regionunun rəhbərliyi onlarla insanın həyatına son qoyan dəmiryol qəzası ilə əlaqədar üçgünlük matəm elan edib. BAKU.WS "Report"a ist...