Ərdoğan helikopter qəzası ilə bağlı Türkiyə və Qətər xalqına başsağlığı verdi
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qətərdə baş verən helikopter qəzasında ölənlərin ailələrinə başsağlığı verib.
BAKU.WS xəbər verir ki, Ərdoğan bu barədə "X" hesabında yazıb.
"Qətərdə baş verən helikopter qəzasında Türk Silahlı Qüvvələrimizin və ASELSAN personalımızın, eləcə də Qətər Silahlı Qüvvələri mənsublarının şəhid olduğu xəbərini böyük kədərlə öyrəndim. Bu ağır qəzada şəhid olan qəhrəman əsgərimizə, ASELSAN əməkdaşlarına, dost və qardaş Qətərin əsgərlərinə Allahdan rəhmət diləyir, ailələrinə başsağlığı diləklərimi çatdırıram. Ölkəmizin, millətimizin və Qətər xalqının başı sağ olsun".
Xatırladaq ki, ölkənin ərazi sularında helikopterin düşməsi nəticəsində Qətər Silahlı Qüvvələrinin (SQ) dörd hərbi qulluqçusu, Türkiyə Silahlı Qüvvələrinin bir hərbçisi və Türkiyə şirkətinin iki əməkdaşı həlak olub.
Katar’da meydana gelen helikopter kazasında Türk Silahlı Kuvvetlerimiz ile ASELSAN personelimizin ve Katar Silahlı Kuvvetleri mensuplarının şehit olduğu haberini büyük üzüntüyle öğrendim.
— Recep Tayyip Erdoğan (@RTErdogan) March 22, 2026
Bu elim kazada şehit olan kahraman askerimize, ASELSAN personelimize, dost ve kardeş Katar…
Oxşar xəbərlər
İsrailin Baş naziri digər ölkələri də İrana qarşı əməliyyata qoşulmağa çağırdı
İsrailin Baş naziri Benyamin Netanyahu dünya liderlərini İsrail ilə ABŞ-nin İrana qarşı hərbi əməliyyatına qoşulmağa çağırıb. BAKU.WS xəbər verir ki, o, bu barə...