Ərdoğan: Azərbaycanla Ermənistan arasında sülh sazişinə doğru mühüm mərhələ yaxınlaşır
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan və Ermənistan arasında uzun illərdir gözlənilən sülh sazişinin imzalanması real mərhələyə daxil olub. Tərəflər bu məqsədə indiyədək olmadıqları qədər yaxınlaşıblar.
BAKU.WS xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan Beştəpədə keçirilən Türkiyə səfirlərinin 16-cı toplantısında çıxışı zamanı danışıb.
Türkiyə lideri bildirib ki, uzun müddət münaqişə və gərginliklə yadda qalan Cənubi Qafqaz regionu hazırda tarixi dönüş nöqtəsini yaşayır. Onun sözlərinə görə, Azərbaycanla mövcud dialoq mühiti fonunda Türkiyə Ermənistanla münasibətlərin normallaşdırılması istiqamətində addımlar atmaqdadır.
"Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanmasına heç vaxt bu qədər yaxın olmamışıq. Biz də Azərbaycanla qarşılıqlı anlaşma çərçivəsində Ermənistanla normallaşma prosesini davam etdiririk. Ümid edirik ki, gələn ilin əvvəlindən etibarən bu prosesdə rəmzi, lakin əhəmiyyətli addımların şahidi olacağıq", – deyə Ərdoğan vurğulayıb.
Oxşar xəbərlər
FES uçot dərəcəsini 4 % səviyyəsində saxlayıb
ABŞ-nin Federal Ehtiyat Sistemi (FES) Vaşinqton administrasiyasının tələbinə uyğun olaraq uçot dərəcəsini azaltmayıb. BAKU.WS "Report"a istinadən xəbər verir ki...