Ərdoğan: Aİ təhlükəsizliklə bağlı ciddi imtahan qarşısındadır

Ərdoğan: Aİ təhlükəsizliklə bağlı ciddi imtahan qarşısındadır
Dünya 50

Avropa İttifaqı təhlükəsizliklə bağlı ciddi imtahan qarşısındadır.

"Report" xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra jurnalistlərə açıqlamasında danışıb.

O bildirib ki, ittifaqa üzv ölkələr xüsusilə Ukrayna ilə bağlı hadisələri narahatlıqla izləyir: "İndi Türkiyənin ilk gündən ortaya qoyduğu balanslaşdırılmış mövqeyinə daha çox önəm verilir. Rusiya və ya Ukrayna olmadan daimi sülhə nail olmaq mümkün deyil".

Ərdoğan söyləyib ki, Ankara Aİ ilə münasibətləri inkişaf etdirmək istəyir: "Türkiyənin rolunu başa düşməli, strategiyalarını buna uyğun müəyyənləşdirməlidirlər. İnanıram ki, Türkiyə ilə Avropa arasında əlaqələr hər sahədə sürətlə inkişaf edəcək".

Oxşar xəbərlər

Bərzaninin evinə PUA hücumu olub

Bərzaninin evinə PUA hücumu olub

Rəsmi Bağdad İraq Kürdüstan Regionunun başçısı Neçirvan Bərzaninin evinə pilotsuz uçuş aparatı ilə (PUA) hücumdan sonra araşdırma aparılması barədə göstəriş ver...

90 Dünya 20:31 28 mart 2026

Son xəbərlər