Ərdəbildə türklər əleyhinə tədbir keçiriləcək
Yeniliklərdən dərhal xəbərdar olun
İranda hakimiyyət orqanları mollalarla birlikdə türklər əleyhinə əks fəaliyyətini davam etdirir.
"Azad İran" "Telegram" kanalı bu barədə İran KİV-nə istinadən xəbər verir.
Belə ki, İran hökuməti Ərdəbildə din xadimləri və məddahların iştirakı ilə "Müqavimət Cəbhəsi və Çaldıran Şəhidlərini Anma" adlı mərasim keçirəcək.
Məlumata görə, mərasimdə saat 20:00-da İranın ali rəhbərinin Ərdəbil əyalətindəki nümayəndəsi və Ərdəbilin cümə imamı Həsən Amuli və bir sıra məddahlar çıxış edəcəklər.
Qeyd edək ki, Ərdəbilin cümə imamı İranda yaşayan etnik türklər arasında dini fitnə salmaq üçün öz fəaliyyətlərini davam etdirir. Həsən Amoli Tehranın göstərişi və İran hökumətinin maraqlarını təmin etmək məqsədilə qərəzli olaraq Azərbaycana, eləcə də etnik türklərə qarşı açıqlamalar verir.
Oxşar xəbərlər
ABŞ Ruanda Müdafiə Nazirliyinə qarşı sanksiyalar tətbiq edib
ABŞ Konqo Demokratik Respublikasının (KDR) şərqində fəaliyyət göstərən M23 silahlı qruplaşmasına dəstək verdiyinə görə Ruanda Müdafiə Nazirliyi və bir maliyyə t...