Ər-Riyadda əldə edilən razılaşmalar açıqlanıb, Moskva şərtlər qoyub

Ukrayna və ABŞ Qara dənizdə naviqasiya təhlükəsizliyinin təmin edilməsi, eləcə də enerji infrastrukturuna hücumların dayandırılması barədə razılığa gəliblər.
"Report"un xəbərinə görə, bunu Ər-Riyadda danışıqlarda iştirak edən Ukrayna nümayəndə heyətinin rəhbəri Rüstəm Umerov deyib.
"Bütün tərəflər təhlükəsiz naviqasiyanı təmin etmək, güc tətbiqini dayandırmaq və Qara dənizdə hərbi məqsədlər üçün kommersiya gəmilərindən istifadənin qarşısını almaq barədə razılığa gəliblər. Həmçinin Ukrayna və Rusiyanın enerji infrastrukturuna hücumların tam dayandırması ilə bağlı da razılıq əldə olunub", - deyə o bildirib.
R. Umerov Rusiyanın hərbi gəmilərinin Qara dənizin şərq hissəsindən kənara hərəkətinin bu sazişin ruhunun pozulması kimi qiymətləndiriləcəyini və Kiyev tərəfindən Ukraynanın milli təhlükəsizliyinə təhdid kimi qiymətləndiriləcəyini vurğulayıb.
Bundan əlavə, o qeyd edib ki, tərəflər üçüncü ölkələrin dəniz və enerji sazişlərinin həyata keçirilməsinə dəstək üçün cəlb olunmasını alqışlayıblar. ABŞ da məhbusların əsir və girovların azad edilməsini dəstəklədiyini təsdiqləyib.
"Sazişlərin səmərəli həyata keçirilməsi üçün onların icrası, monitorinqi və nəzarəti ilə bağlı bütün detalları razılaşdırmaq üçün mümkün qədər tez əlavə texniki məsləhətləşmələrin aparılması vacibdir".
Kreml isə bildirib ki, Rusiya və ABŞ prezidentləri arasında əldə edilən razılaşmaya əsasən, tərəflər Qara dənizdə naviqasiya təhlükəsizliyinin təmin edilməsi, güc tətbiq edilməməsi və kommersiya gəmilərinin hərbi məqsədlər üçün istifadəsinin qarşısının alınması, eyni zamanda belə gəmilərin yoxlanılması yolu ilə müvafiq nəzarət tədbirlərinin təşkili barədə razılığa gəliblər.
Rəsmi Moskva vurğulayıb ki, Qara dənizlə bağlı sazişlər Rosselxozbank və aqrar-sənaye kompleksində ticarəti təmin edən digər banklardan sanksiyalar götürüldükdən və həmin banklar yenidən SWIFT-ə qoşulduqdan sonra qüvvəyə minəcək.
Oxşar xəbərlər
Fransada iki reaktiv təyyarə toqquşdu - ANBAAN VİDEO
Fransada iki reaktiv təyyarə toqquşub. Bu barədə ölkənin silahlı qüvvələrinin naziri Sebastyen Lekornu "X" sosial şəbəkəsində paylaşım edib. Məlumata görə, Fran...
