Elbrusda faciə: Bosniya və Herseqovinadan olan beş alpinist həlak olub
Yeniliklərdən dərhal xəbərdar olun
Rusiyanın Elbrus dağında baş verən faciənin təfərrüatları məlum olub. Zirvəyə qalxmağa çalışan yeddi nəfərlik alpinist qrupunun Bosniya və Herseqovina vətəndaşlarından ibarət olduğu müəyyən edilib. Hadisə nəticəsində qrupun beş üzvü həyatını itirib.
BAKU.WS xəbər verir ki, iki alpinist sağ qalıb. Onlardan biri dağdan enərək xilasedicilərə məlumat verməyə nail olub. Digər şəxs isə hadisə yerində xilas edilərək tibbi yardım alıb. Hazırda hər iki alpinistin xəstəxanada müalicəsi davam etdirilir.
Məlumata əsasən, hadisə zamanı qrupun iki üzvünün səhhəti qəfil pisləşib. Bundan sonra alpinistlər təcili yardım siqnalı göndəriblər.
Siqnal daxil olduqdan sonra Elbrus dağında genişmiqyaslı axtarış-xilasetmə əməliyyatı başlanılıb. Əməliyyata Rusiya Fövqəladə Hallar Nazirliyinin Elbrus Yüksək Dağlıq Axtarış-Xilasetmə Dəstəsinin əməkdaşları cəlb olunub. Xilasedicilər çətin hava və relyef şəraitində qalan alpinistlərə yardım göstəriblər.
Oxşar xəbərlər
FES uçot dərəcəsini 4 % səviyyəsində saxlayıb
ABŞ-nin Federal Ehtiyat Sistemi (FES) Vaşinqton administrasiyasının tələbinə uyğun olaraq uçot dərəcəsini azaltmayıb. BAKU.WS "Report"a istinadən xəbər verir ki...