Ekvatorial Qvineyanın paytaxtı Malabodan Ciudad de la Paz-a köçürüldü
Ekvatorial Qvineyanın Prezidenti Teodoro Obiank Ngema Mbasogo ölkənin paytaxtının dəyişdirilməsi ilə bağlı fərman imzalayıb.
BAKU.WS xəbər verir ki, yeni qərara əsasən, təhlükəsizliyin artırılması və logistikanın yaxşılaşdırılması məqsədilə paytaxt adada yerləşən Malabodan ölkənin mərkəzində inşa edilən Ciudad de la Paz şəhərinə köçürülüb. Fərmanda bildirilir ki, Malabonun adada yerləşməsi xarici təhdidlər qarşısında həssaslıq yaradır, paytaxtın köçürülməsi isə dövlət institutlarının təhlükəsizliyini təmin etmək və ölkənin bütün bölgələrinin inkişafını dəstəkləmək üçün zəruridir.
Ciudad de la Paz 2012-ci ildən tikilməyə başlanılıb. Şəhər Vele çayının sahilində, Atlantik okean sahilindən 160 km şərqdə, sıx tropik meşələrlə əhatə olunmuş ərazidə yerləşir. Qabonla sərhəddən 25 km, Kamerunla sərhəddən isə 60 km məsafədədir. Artıq əksər nazirliklər və dövlət qurumları Malabodan yeni paytaxta köçürülüb.
Qeyd edək ki, Ekvatorial Qvineya Afrikada sahəsinə görə 44-cü ölkədir və 2 milyon əhalisinin 80%-i ölkənin qitə hissəsində yaşayır.
Oxşar xəbərlər
KİV: Almaniya kəşfiyyatı Obama, Hillari Klinton və ABŞ hərbçilərinin telefon danışıqlarını dinləyib
Almaniyanın Federal Kəşfiyyat Xidməti ABŞ-nin keçmiş prezidenti Barak Obama, dövlət katibi Hillari Klinton və Birləşmiş Ştatların hərbi rəsmilərinin telefon dan...