Əkrəm İmamoğlunun sosial şəbəkə hesablarının bağlanması üçün müraciət edildi
Yeniliklərdən dərhal xəbərdar olun
Türkiyəli vəkil Burak Bəkiroğlu həbsdə olan CHP-nin prezidentliyə namizədi və İstanbul Böyükşəhər Bələdiyyə Başçısı Əkrəm İmamoğlunun sosial media hesablarına girişin qarşısını almaq üçün Sülh Məhkəməsinə müraciət etdiklərini açıqlayıb.
BAKU.WS xəbər verir ki, o, bu barədə X hesabında məlumat yayıb.
Vəkil, İmamoğlunun İstanbul Respublika Prokurorluğu Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Bürosu tərəfindən aparılan istintaq çərçivəsində həbs olunduğunu xatırladıb və bunları qeyd edib:
"Şübhəli Əkrəm İmamoğlunun iddia edilən cinayət təşkilatının məqsədləri, prinsipləri və hədəflərinə uyğun olaraq həbsxanadan verdiyi təlimatla X hesabını üçüncü şəxslər tərəfindən istifadə edilməsinə icazə verərək, ölkəmizdə fəaliyyət göstərən yerli firmalara qarşı boykot çağırışı edərək, ictimaiyyəti çaşdıran məlumatlar yayaraq iqtisadiyyatımızı pozmağa cəhd etdiyi müəyyən olunduğundan X hesabının mühakimə sonuna qədər Türkiyədən girişlərə bağlanması üçün İstanbul Sülh Məhkəməsinə müraciət edilmişdir".
Oxşar xəbərlər
ABŞ Ruanda Müdafiə Nazirliyinə qarşı sanksiyalar tətbiq edib
ABŞ Konqo Demokratik Respublikasının (KDR) şərqində fəaliyyət göstərən M23 silahlı qruplaşmasına dəstək verdiyinə görə Ruanda Müdafiə Nazirliyi və bir maliyyə t...