Əkrəm İmamoğluna həbs istəndi

Əkrəm İmamoğluna həbs istəndi
Dünya 54

İstanbul Böyükşəhər Bələdiyyəsinin vəzifəsindən azad edilərək həbs olunan sabiq sədri Əkrəm İmamoğlu ilə bağlı cinayət işi üzrə 402 nəfər şübhəli kimi ittiham olunur.

BAKU.WS "TRT Haber"in məlumatına görə, "İmamoğlu mənfəət məqsədli cinayət təşkilatı"na qarşı aparılan istintaq çərçivəsində İstanbul Baş Prokurorluğu tərəfindən 105-i hazırda həbsdə olan ümumilikdə 402 nəfər barəsində ittiham aktı hazırlanıb.

İttiham aktında 143 müxtəlif əməl üzrə İstanbul Ağır Cəza Məhkəməsində iddia qaldırılıb. Sənəddə göstərilib ki, 99 nəfər təşkilatın üzvü, bir nəfər isə onun qurucusu və rəhbəri - Əkrəm İmamoğlu kimi qeyd olunub.

Məlumata əsasən, İmamoğlu üçün 2 min 352 ilə qədər azadlıqdan məhrumetmə cəzası tələb edilib.

Son xəbərlər