Əfqanıstanda terror aktı nəticəsində 6 nəfər ölüb
Yeniliklərdən dərhal xəbərdar olun
Əfqanıstan paytaxtı Kabilin cənub-qərbində kamikadze-terrorçunun hücumu nəticəsində azı 6 nəfər ölüb, 13 nəfər yaralanıb.
"Report" xəbər verir ki, bu barədə "Khaama Press" agentliyi Kabil polis idarəsinin nümayəndəsi Xalid Zadrana istinadən məlumat yayıb.
"Bu gün günorta saatlarında Kabilin altıncı rayonunun Qala Bəxtiyar bölgəsində bir nəfər əldəqayırma partlayıcını işə salıb, nəticədə 1-i qadın olmaqla, 6 nəfər ölüb, 13 nəfər yaralanıb. Yaralıların hamısı xəstəxanaya yerləşdiriliblər", - o deyib.
X.Zadran əlavə edib ki, polis hadisənin başvermə şəraiti ilə bağlı araşdırmaları davam etdirir.
Oxşar xəbərlər
ABŞ Ruanda Müdafiə Nazirliyinə qarşı sanksiyalar tətbiq edib
ABŞ Konqo Demokratik Respublikasının (KDR) şərqində fəaliyyət göstərən M23 silahlı qruplaşmasına dəstək verdiyinə görə Ruanda Müdafiə Nazirliyi və bir maliyyə t...