Əfqanıstanda daha bir güclü zəlzələ olub
Yeniliklərdən dərhal xəbərdar olun
Əfqanıstanın Cəlalabad şəhəri yaxınlığında 5,5 bal gücündə zəlzələ baş verib.
BAKU.WS xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi (EMSC) məlumat yayıb.
Bildirilib ki, yeraltı təkanlar Bakı vaxtı ilə 16:29-da 200 min nəfər əhalisi olan Cəlalabad şəhərindən 57 km şimal-şərqdə qeydə alınıb. Zəlzələnin ocağı 35 km dərinlikdə yerləşib.
Xatırladaq ki, ötən gün Əfqanıstanda 6 bal gücündə zəlzələ baş verib ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi də məlumat yayıb. ABŞ Geoloji Xidmətinin məlumatına görə, ölkənin eyni bölgəsində baş verən seysmik hadisədən sonra maqnitudası 4,3 ilə 5,2 arasında olan beş yeraltı təkan baş verib. Təbii fəlakət nəticəsində 1000-dən çox adam ölüb, yüzlərlə xəsarət alan var.
Oxşar xəbərlər
32 yaşlı opera müğənnisi atasının 73 yaşlı dostu ilə evləndi
Honkonqda tanınmış opera müğənnisi Yemina Yu Çun-yan özündən 41 yaş böyük, keçmiş siyasətçi Lo Vay Kvokla ailə həyatı qurub. BAKU.WS xəbər verir ki, "AsiaOne" n...