Dünyanın qeyri-adi ictimai nəqliyyat növləri - Üzən avtobus, asma qatar, hava tramvayı... - SİYAHI

Dünyanın qeyri-adi ictimai nəqliyyat növləri - Üzən avtobus, asma qatar, hava tramvayı... - SİYAHI
Foto
Dünya 127

Bəzi dünya ölkələrində ictimai nəqliyatda fərqli və qeyri-adi avtobus, qatar növlərindən istifadə edilir. Bunlar ictimaiyət aarsında böyük maraq doğurur. Belə nəqliyyat vasitələri daha çox Kanada, Almaniya, İsrail kimi ölkələrdədir. 

Bu dəfə BAKU.WS dünyanın ən qəribə ictimai nəqliyyat vasitələrinin siyahısını təqdim edir:

Üzən avtobus

Bu nəqliyyat vasitəsi Kanadanın Hippo şəhərindədir. Həm quruda, həm də suda işləyir. 40 sərnişin daşıya bilir. Kanadada tur şirkətlərinin ən çox seçim etdiyi nəqliyyat vasitəsidir. 

Asma qatar

Bu Almaniyada, Schwebebahn şəhərində 12 metrlik gölün üzərində 10 kilometr uzunluğunda dəmir yolu xətti üzərindədir. Bu qatarla səyahət cəmi 4-6 dəqiqə çəkir. 

Burada ilk dəfə 1999-cu ildə qəza olub. 3 nəfər həyatını itirib. Hazırda bu xətt daha da gücləndirilib və sakinlərin istifadəsinə verilib. 

Yeraltı funikulyor

Bu nəqliyyat vasitəsi İsrailin Karmelit şəhərindədir. 1956-cı ildə açılıb və 1986-cı ildə isə bağlanıb. 19912-ci ildə yenilənərək yenidən açılıb. İlk və son dayanacağı arasındakı məsafə 274 metrdir. 

Tunelin uzunluğu isə 1.8 kilometrdir. 

Polar Rover avtobusu 

Bu avtobsulardan daha çox Kanadada istifadə edilir. Şimali Kanadada şimal ayılarını görmək üçün istifadə edilir. Ən çətin şəraitdə belə onu sürmək rahatdır. Səyahət üçün çox komfortludur. 

Kanal taksisi

Kanal taksisindən daha çox Taylandda istifadə edilir.  Kanallarına görə bəzən Banqoka "Şərqin Venesiyası" da deyilir. Göl və kanal taksiləri müəyyən əraziyə çatmaq üçün daha çox istifadə edilir. 

Lakin onun keçdiyi yollarda bəzi körpülərin altında əyilmək lazımdır. 

Hava tramvayı

Bu nəqliyyat vasitəsi Ruzvelt adasını Manhettenə bağlayan Nyu York xəttidir. Kabinəsi 110 sərnişin götürə bilir. Gündə 115 dövrə vurur. 

Son xəbərlər