Dünyanın ən yaşlı kişisi o oldu
Yeniliklərdən dərhal xəbərdar olun
Braziliyadan olan təqaüdçü Joao Marinho Neto dünyanın ən yaşlı kişisi seçilib.
BAKU.WS xəbər verir ki, "Ginnesin Rekordlar Kitabı"na düşən kişinin 112 yaşı var.
Fermer ailəsində böyüyən braziliyalı kiçik yaşlarından atasına tarlada kömək edərək valideynlərinin fermasında çalışıb.
Dörd yaşına kimi o, artıq kənd təsərrüfatı işlərində, o cümlədən maldarlıq və məhsul yığımı ilə aktiv məşğul olub.
Josepha Albano dos Santos ilə evli olarkən onun dörd övladı olub.
Daha sonra başqa bir həyat yoldaşından üç övladı olub.
İndi onun 22 nəvəsi və 15 nəticəsi var.
Joao hesab edir ki, onun uzunömürlülüyünün sirri yaxşı insanlar və sevilənlərin əhatəsində olmaqdır.
Oxşar xəbərlər
Netanyahu üçün kritik sınaq: Seçkilərdən sonra İsraili nə gözləyir?
İsraildə oktyabrın 27-də keçirilən parlament seçkilərindən sonra ölkənin siyasi gələcəyi ilə bağlı əsas sual hələ də açıq qalır: Benjamin Netanyahu hakimiyyətdə...