Dünyanın ən varlı adamları bu şəhərlərdə yaşayır
Dünyanın ən varlı insanlarının yaşadığı şəhərlərin siyahısı ilbəil dəyişir. Bu dəfə də ən varlı şəxslərinin yaşadığı şəhərlər bəlli olub.
BAKU.WS xəbər verir ki, bu barədə "Altrata" şirkəti məlumat yayıb. Varlıların yaşadığı şəhərlər arasında Nyu-York, Los Anceles, Honkonq ilk sıralardadır.
Siyahıda Nyu-York birinci yerdədir. Orada 21 380 varlı adam yaşayır. İkinci pillədə Los Anceles var. Bu şəhərdə 11 680 varlı adam var. Honkonq siyahıda üçüncü yerdədir. Burada varlıların sayı 17 215 nəfərdir.
Varlıların yaşadığı digər şəhərlər isə San Fransisko, Çikaqo, Tokio, London, Dallas, Vaşinqton və Hyustondur.
Oxşar xəbərlər
Avropada bu yay anomal istilər 50 mindən çox insanın ölümünə səbəb olub
Avropada bu yay müşahidə edilən həddindən artıq isti hava səbəbindən şəhər ərazilərində 50 mindən çox insanın həyatını itirdiyi ehtimal edilir. Ölüm hallarının...