Dünyanın ən dəyərli şirkəti dəyişdi
Yeniliklərdən dərhal xəbərdar olun
Apple dünyanın ən dəyərli şirkətləri siyahısında liderlik mövqeyini itirdi.
BAKU.WS xarici mediaya istinadən xəbər verir ki, dünyanın ən böyük çip istehsalçısı olan Nvidia 5 noyabr ticarət nəticələrinə görə Apple-ı qabaqlayaraq dünyanın ən dəyərli şirkəti olub. Bu barədə Bloomberg məlumat yayıb.
Nvidia-nın səhmləri çərşənbə axşamı 2,9 faiz bahalaşıb, bunun nəticəsində şirkətin bazar kapitalizasiyası 3,43 trilyon dollara çatıb. Apple-ın kapitalizasiyası isə 3,38 trilyon dollarda qalıb. Microsoft isə 3,06 trilyon dollara düşərək keçən ay üçüncü yerə geriləyib.
Nvidia iyun ayında bir günlüyə bu siyahıya başçılıq etmişdi və oktyabr ayında şirkətin kapitalizasiyası 3,5 trilyon dollardan yuxarı qalxmışdı. 2022-ci ilin sonlarından etibarən şirkətin səhmləri 850 faizdən çox artıb, 2024-cü ilin əvvəli ilə müqayisədə isə 182 faiz yüksəlib.
OpenAI şirkətin qrafik prosessorları üzərində aparılan çoxsaylı inkişafları həyata keçirərək ChatGPT-ni buraxıb və geniş ictimaiyyətə generativ süni intellekt (AI) konsepsiyasını təqdim edib.
Oxşar xəbərlər
Netanyahu üçün kritik sınaq: Seçkilərdən sonra İsraili nə gözləyir?
İsraildə oktyabrın 27-də keçirilən parlament seçkilərindən sonra ölkənin siyasi gələcəyi ilə bağlı əsas sual hələ də açıq qalır: Benjamin Netanyahu hakimiyyətdə...