Dünyada davam edən ən uzunmüddətli YANĞINLAR

Dünyanın bir sıra bölgələrində baş vermiş yanğınlar təkcə fəlakət olaraq deyil, həm də tarixə düşən rekordlarla yadda qalır. Bəzi yanğınlar o qədər uzun müddət davam edib ki, artıq təbii hadisədən çox "əbədi yanğın" kimi qəbul olunur.
BAKU.WS-nin araşdırmasına görə, bu yanğınlar həm insan itkisinə, həm də milyonlarla hektar meşə və ekosistemin məhv olmasına səbəb olub.
Burning Mountain – 5,500 ildən çox davam edən alov
Dünyada ən uzunmüddətli yanğın kimi Avstraliyanın Yeni Cənubi Uels əyalətində yerləşən Burning Mountain tanınır. Yeraltı kömür təbəqəsində başlayan bu yanğının ən azı 5,500 il əvvəl baş verdiyi və bu günə qədər sönmədiyi qeyd olunur. Bəzi geoloqlar isə onun 500 min ilə qədər davam etdiyini ehtimal edir. Bu alovlar yerin altında az miqdarda oksigenlə smoldering (yavaş tüstü ilə) yanma formasında davam edir.

Sibir və Kanadada milyonlarla hektar yanıb
2021-ci ildə Rusiyanın Sibir bölgəsində baş verən meşə yanğınları 18 milyon hektara yaxın ərazini külə döndərdi. Eyni il Kanadada da oxşar ölçüdə meşə yanğınları qeydə alınıb. Bu yanğınların qlobal iqlimə və hava çirkliliyinə ciddi təsiri olub.
1987-ci ilin Black Dragon Fire hadisəsi
Çin və Sovet İttifaqı sərhədləri boyunca yayılmış 1987 Black Dragon Fire 1 ay davam edərək 7,3 milyon hektar meşəni məhv edib. Bu yanğında 211 nəfər həyatını itirib, 50 minə yaxın insan isə təxliyə olunub. Hadisə XX əsrin ən dəhşətli yanğınlarından biri kimi tarixə düşüb.
2019–2020-ci illərdə Avstraliyada baş verən "Black Summer" adlı meşə yanğınları 24 milyon hektardan çox ərazini əhatə edib. Yanğınlar təxminən 6 ay davam edib.
2020-ci ildə ABŞ-nin Kolorado ştatında baş verən Kameron Peak Fire isə 100 gün ərzində 84,500 hektar ərazini yandırıb.
2024-cü ildə Texasda başlayan Smokehouse Creek Fire ştat tarixinin ən böyük yanğınlarından biri olub – 428 min hektar sahəyə yayılıb və 3 həftə ərzində davam edib.
Tədqiqatlara görə, 1970-ci illərdə orta hesabla 6 gün davam edən yanğınlar indi 222 günə qədər uzanır. Bu artım əsasən iqlim dəyişikliyi, artan istilər, quraqlıq və "zombie fire" adlandırılan yeraltı yanğınlarla əlaqələndirilir. İqlim mütəxəssisləri bu vəziyyətin gələcəkdə daha da pisləşəcəyini proqnozlaşdırır.

Oxşar xəbərlər
Putin və Netanyahu arasında telefon danışığı olub
Rusiya Prezidenti Vladimir Putin ilə İsrailin Baş naziri Benyamin Netanyahu arasında telefon danışığı baş tutub. BAKU.WS xəbər verir ki, bu barədə Kremlin mətbu...