Dünyada ağcaqanadsız ölkə kimi tanınan İslandiyada ilk dəfə ağcaqanada rast gəlindi
Dünyada ağcaqanadın rast gəlinmədiyi nadir ölkələrdən biri sayılan İslandiyada ilk dəfə təbii şəraitdə ağcaqanad aşkarlanıb.
BAKU.WS xəbər verir ki, İslandiya Təbiət Elmləri İnstitutunun mütəxəssisi Matias Alfredsson, paytaxt Reykyavikdən təxminən 30 kilometr şimalda üç "Culiseta annulata" növünə aid ağcaqanad tapıldığını bildirib.
Ağcaqanadlar adətən kəpənəkləri cəlb etmək üçün istifadə olunan, isti şərab və şəkər qarışığına batırılmış tələlərdə aşkarlanıb. Bu, ölkədə ağcaqanadların ilk təbii müşahidəsi hesab olunur.
Alimlər həşəratların gəmilər və ya konteynerlərlə ölkəyə gətirilmiş ola biləcəyini ehtimal edir. Onların fikrincə, iqlim dəyişikliyi və qışların yumşalması ağcaqanadların bu kimi soyuq bölgələrdə də yaşamasına şərait yarada bilər.
Oxşar xəbərlər
İranda etirazlar 25 gündür davam edir: ölənlərin sayı 4 519-a çatıb
İranda iqtisadi problemlər fonunda başlayan etiraz aksiyaları 25-ci gününə daxil olub. ABŞ mərkəzli İran İnsan Hüquqları Aktivistləri Xəbər Agentliyinin (HRANA)...