Dünyada 2025-ci ildə elektrikli avtomobil satışları rekord həddə çatdı
Dünyada 2025-ci ildə elektrikli avtomobil satışları 20,7 milyon ədədə çataraq rekord göstərici ilə yadda qalıb. Bu barədə London mərkəzli Benchmark Mineral Intelligence şirkətinin yayımladığı hesabatda məlumat verilib.
BAKU.WS xəbər verir ki, məlumata görə, qlobal miqyasda elektrikli avtomobil satışları illik müqayisədə 20 faiz artıb. Ümumi satışların 12,9 milyonu Çinin payına düşüb. Ölkədə satışlar artım göstərsə də, ilin son rübündə bazarda müəyyən yavaşlama qeydə alınıb.
Hesabatda bildirilir ki, Çində daxili rəqabətin güclənməsi, aqressiv qiymət siyasəti və modellərin sayının artması satışların yüksəlməsində əsas rol oynayıb. Rəqabətin artması fonunda Çinli istehsalçılar xarici bazarlara daha çox yönəlib və bu, Avropa da daxil olmaqla bir çox regionda satışların artmasına təsir göstərib. Qeyd olunur ki, Çin markaları Avropada satılan elektrikli avtomobillərin 19 faizini təşkil edib.
Avropada elektrikli avtomobil satışları 2025-ci ildə 33 faiz artıb. Almaniya və Böyük Britaniyada satışlarda ciddi yüksəliş müşahidə olunub. ABŞ-da isə vergi güzəştlərinin ləğvi fonunda elektrikli avtomobil satışları cəmi 1 faiz artıb.
Analitiklərin fikrincə, 2025-ci ildə əldə olunan nəticələr qlobal elektrikli avtomobil bazarının çətin şərtlərə baxmayaraq dayanıqlı olduğunu göstərir.
Oxşar xəbərlər
Sərxoş kişi Maduronu "oğurladığı" üçün Trampı POLİSƏ VERDİ - CƏRİMƏLƏNDİ
Sərxoş bir kişi Daxili İşlər Nazirliyinin Daşkənd Baş İdarəsinə zəng edərək Venesuela lideri Nikolas Maduronun oğurlanması ilə bağlı ABŞ prezidenti Donald Tramp...