Dünyaca məşhur geyim brendi rəqibini aldı – 1.25 milyard
İtaliyanın tanınmış lüks moda brendlərindən olan Prada digər məşhur moda evi Versaceni almaq üçün razılığa gəlib. Satış dəyəri 1,25 milyard avro təşkil edir.
BAKU.WS sondakika-ya istindən xəbər verir ki, ilkin danışıqlar 1,5 milyard avro səviyyəsində başlayıb. Məlumata görə, Prada bu məbləği nağd şəkildə ödəyəcək. Müqavilənin rəsmi olaraq ilin ikinci yarısında tamamlanması gözlənilir.
112 illik tarixə sahib olan Prada hazırda dizayner Miuccia Prada və onun həyat yoldaşı Patrizio Bertelli tərəfindən idarə olunur. Lüks moda sektorunda son aylarda müşahidə olunan durğunluğa baxmayaraq Prada bu vəziyyətdən daha az təsirlənən şirkətlər sırasında yer alır.
Versace 1970-ci illərdə məşhur italyan dizayner Gianni Versace tərəfindən yaradılıb. Daha sonra, 2018-ci ildə ABŞ mərkəzli Capri Holdings şirkəti Versace-ni 1,8 milyard dollara satın almışdı. Capri Holdings eyni zamanda Jimmy Choo və Michael Kors kimi brendlərə də sahibdir.
Prada İdarə Heyətinin sədri Patrizio Bertelli razılaşma ilə bağlı verdiyi açıqlamada, Versace-nin "cəsarətli və zamansız estetikası"na diqqət çəkib və bu markanın irsini davam etdirmək istədiklərini bildirib.
Oxşar xəbərlər
Ukraynada mer şəhər şurasının katibini döyüb
Ukraynanın Kiyev vilayətinin Vasilkov şəhərinin meri şəhər şurasının katibini döyüb. BAKU.WS xəbər verir ki, bu barədə Vasilkov şəhər şurasının katibi Boqdan Şe...