Dünya ölkələri Yeni ilə necə hazırlaşır?
Dekabrın 1-dən etibarən dünyanın müxtəlif ölkələri Yeni il hazırlığına start verib.
BAKU.WS xəbər verir ki, şəhərlər rəngbərəng led işıqlarla bəzədilir, mərkəzi meydanlarda hündür Yeni il ağacları qurulur.
Yeni ilin ən yaxşı romantik şəkildə yaşanacağı şəhər Parisdir. Burada xüsusi işıqlandırma ilə bəzədilən Eyfel qülləsi Yeni il gecəsi edilən atəşfəşanlıqla birlikdə möhtəşəm görüntü yaradır. Həmin vaxt minlərlə insan Yeni ili qeyd etmək üçün Eyfelin ətrafına toplaşır. Elə bütün Avropanın da ürəyi burada döyünür.
İrlandiya da Yeni il ən yaxşı formada qarşılaya biləcəyiniz ölkədir. Burada adətən Yeni il ağacı qurmaq üçün dekabrın 8-i tarixini gözləyirlər. Bu artıq ənənə halını alıb. Bu tarixdən əvvəl İrlandiya küçələrini də led işıqlarla bəzədilmiş formada görmək çətindir. Yeni il ərəfəsi burada Pantomima teatrları daha ön plana keçir. Aktyorların çoxu küçələrdə qurulan səyyar səhnələrdə tamaşalar göstərirlər.
London Yeni il ab-havasının yaşandığı başqa Avropa şəhəridir. Burada küçələrin hamısı rəngbərəng led işıqlarla bəzədilir. Londonda Yeni il ruhu adətən noyabrın ortalarından hiss olunmağa başlayır. Burada Yeni il yarmarkaları və xüsusi instaliyasiya əsərləri nümayiş olunur.
ABŞ-də də Yeni il ab-havası yaşanır. İnsanlar Kaliforniyanın Half Moon Bay şəhərindəki "Santa"s Tree Farm"a axın edirlər. Onlar oradan təbii şam ağacları alaraq evlərinə aparırlar. Bəziləri şam ağacı təbii olduqda Yeni il atmosferinin bir başqa olduğunu vurğulayır.
Oxşar xəbərlər
13 yaşlı qız sosial şəbəkə trendinin qurbanı oldu - Dezodorantı nəfəsinə çəkdi...
İngiltərənin Leyçesterşir bölgəsində 13 yaşlı qızın təhlükəli sosial şəbəkə trendinə uyaraq həyatını itirdiyi bildirilib. BAKU.WS xarici mediaya istinadən xəbər...