Dünya daha bir təhdidlə üz-üzə - Ölüm riski yüzdə 88-dir
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Ruandada Marburq virusundan ölənlərin sayının 15-ə yüksəldiyini açıqlayıb. Marburq virusuna yoluxmuş insanlarda ölüm nisbəti 88 faizə çata bilər.
BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ÜST-nin baş direktoru Tedros Adhanom Qebreyesus Ruandada mətbuata açıqlama verib.
Ruandada epidemiya elan edildikdən sonra 62 yoluxmanın qeydə alındığını və 15 nəfərin öldüyünü bildirən Qebreyesus, "17 nəfərin təcrid və nəzarət altında saxlanıldığını, 30 nəfərin sağaldığını, 800-dən çox kontaktın izlənildiyini" bildirib.
Konqo Demokratik Respublikasında yayılan Meymunçiçəyi virusu (Mpox) epidemiyasına toxunan Qebreyesus qeyd edib ki, Konqo Demokratik Respublikasında yayılma dinamikasını anlamaq qarşıda duran ən mühüm problemlərdən biridir.
Hazırda Ruandada bu virusa yoluxan 12 nəfər həyatını itirib.
Xəstəliyin yayılmasına nəzarət etmək üçün sağlamlıq mərkəzlərində xəstələrə baş çəkmək qadağan edilib. Gördükləri tədbirlər çərçivəsində səlahiyyətlilər səyahət və görüşlər kimi bəzi fəaliyyətlərə də məhdudiyyətlər qoyub.
Ebola virusu ilə eyni ailədən olan Marburq virusuna yoluxmuş insanlarda ölüm nisbəti 88 faizə çata bilər.
Yarasalardan insanlara keçən virus yoluxmuş insanlarla təmas zamanı yayılır.
Simptomlara qızdırma, əzələ ağrıları, ishal, qusma və bəzi hallarda həddindən artıq qan itkisi daxildir.
Ümumdünya Səhiyyə Təşkilatı virusa qarşı xüsusi bir müalicə və ya peyvəndin olmadığını, lakin bir sıra qan məhsulları, dərmanlar və immun müalicə üsullarının işlənib hazırlandığını açıqlayıb.
Oxşar xəbərlər
Dünya 10 il ərzində bu böhranla başa çıxa BİLMƏYƏCƏK
Norveçin Beynəlxalq İnkişaf naziri Anne Tvinnereim dünyanın qarşıdakı on ildə plastik tullantı böhranını idarə edə bilməyəcəyini və buna görə də plastik istehsa...