Dubayda yaşayış icazəsi almaq asanlaşdı
Yeniliklərdən dərhal xəbərdar olun
Birləşmiş Ərəb Əmirliklərinin ən iri şəhərlərindən biri olan Dubayda yaşayış icazəsi ilə bağlı qaydalarda dəyişiklik edilib.
BAKU.WS xəbər verir ki, "DLD Cube" platformasının açıqlamasına görə, artıq fərdi şəkildə daşınmaz əmlak alan şəxslər üçün minimum investisiya tələbi aradan qaldırılıb.
Yeni qərara əsasən, tək mülkiyyətçi olan şəxslər mənzilin qiymətindən asılı olmayaraq 2 illik yaşayış icazəsi əldə edə biləcəklər.
Lakin əmlakı ortaq şəkildə almaq istəyənlər üçün müəyyən məhdudiyyət qüvvədə qalır. Belə ki, birgə mülkiyyət halında minimum investisiya məbləği 400 min BƏƏ dirhəmi (təxminən 185 min manat) olaraq saxlanılıb.
Xatırladaq ki, əvvəlki qaydalara görə, tək mülkiyyətçilərin yaşayış icazəsi alması üçün aldıqları əmlakın dəyəri ən azı 750 min BƏƏ dirhəmi (təxminən 347 min manat) olmalı idi.
Oxşar xəbərlər
32 yaşlı opera müğənnisi atasının 73 yaşlı dostu ilə evləndi
Honkonqda tanınmış opera müğənnisi Yemina Yu Çun-yan özündən 41 yaş böyük, keçmiş siyasətçi Lo Vay Kvokla ailə həyatı qurub. BAKU.WS xəbər verir ki, "AsiaOne" n...