Dominikan təmsilçisi "Miss World - 2026" tituluna sahib olub

Dominikan təmsilçisi Miss World - 2026 tituluna sahib olub
Video
Dünya 21

Dominikan Respublikasını təmsil edən Coheyerri Mola Dominqes "Miss World - 2026" beynəlxalq gözəllik müsabiqəsinin qalibi seçilib.

BAKU.WS xəbər verir ki, final mərhələsi Vyetnamın məşhur kurort şəhəri Nyaçanqda təşkil olunan müsabiqədə İspaniya və Malayziyanın nümayəndələri də yüksək nəticə göstəriblər.

Belə ki, İspaniya təmsilçisi ikinci, Malayziya nümayəndəsi isə üçüncü pillədə qərarlaşıb.

73-cü "Miss World" yarışının proqramı çərçivəsində müxtəlif tədbirlər avqustun 29-dan etibarən keçirilib. Dünyanın müxtəlif ölkələrində keçirilən milli gözəllik yarışlarının qaliblərindən ibarət 111 iştirakçı bu tədbirlərdə iştirak etmək üçün Nyaçanqa toplaşıb.

Müsabiqənin final gecəsi şəhərin mərkəzi çimərliyinin yaxınlığında yerləşən böyük açıq tədbir məkanında baş tutub. 20 mindən artıq tamaşaçı qəbul edə bilən arena 110 metrdən uzun və təxminən 40 metr enindədir.

Final üçün hazırlanan səhnə müasir texnologiyalarla təchiz olunub. Burada çoxsəviyyəli LED ekranlardan, peşəkar işıqlandırma və səs sistemlərindən istifadə edilib.

Dominikan təmsilçisi

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

SEPAH ABŞ-yə bağlı altı gəmini vurub

SEPAH ABŞ-yə bağlı altı gəmini vurub

İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələri Hörmüz boğazında bir sıra gəmilərə qarşı zərbələr endirdiyini açıqlayıb. BAKU.WS xəbər...

23 Dünya 09:20 06 sentyabr 2026

Son xəbərlər