Dolları istəsəm, "aşağı-yuxarı" hərəkət etdirə bilərdim - Tramp

Dolları istəsəm, aşağı-yuxarı hərəkət etdirə bilərdim - Tramp
Dünya 55

ABŞ Prezidenti Donald Tramp ABŞ dollarının dəyəri ilə bağlı açıqlama verib. O, dolların ciddi şəkildə dəyər itirdiyi fikri ilə razılaşmadığını bildirib və ABŞ valyutasının hazırda "əla vəziyyətdə" olduğunu deyib. Tramp Ayova ştatında jurnalistlərə açıqlamasında dolların məzənnəsinə toxunaraq, "Xeyr, məncə hər şey qaydasındadır. Görün nə işlər görürük. Dollar çox yaxşı gedir," ifadələrini işlədib.

BAKU.WS xəbər verir ki, Çin və Yaponiyanın keçmişdə milli valyutalarını süni şəkildə ucuzlaşdırmağa çalışdıqlarını xatırladan Tramp bunun ədalətsiz rəqabət yaratdığını vurğulayıb. Onun sözlərinə görə, dollar hazırda öz real səviyyəsini tapmağa çalışır və bu, normal prosesdir.

"İstəsəydim dolları yo-yo kimi aşağı da sala, yuxarı da qaldıra bilərdim," – deyə Tramp əlavə edib.

Trampın bu açıqlamalarından sonra dolların əsas valyutalar qarşısındakı dəyərini ölçən dollar indeksi 95,6 səviyyəsinə enərək son 4 ilin minimumunu görüb. Eyni zamanda avro/dollar məzənnəsi 1,20 səviyyəsinə yüksəlib ki, bu da 2021-ci ildən bəri ən yüksək göstərici hesab olunur.

Son xəbərlər