Dollar 2022-ci ilin martından bəri ilk dəfə 110 rublu ötüb
Yeniliklərdən dərhal xəbərdar olun
Beynəlxalq Forex valyuta bazarında dolların məzənnəsi 110 rubldan yuxarı qalxıb.
Bu, 2022-ci ilin mart ayının ortalarından bəri ilk dəfədir baş verir.
Avronun məzənnəsi də 115 rubla yüksəlib. Ötən gün Rusiya Mərkəzi Bankı avronun məzənnəsini 110,4943 rubl, dolların məzənnəsini isə 105,0604 rubl səviyyəsində müəyyən etmişdi.
Ekspertlər hesab edir ki, rublun zəifləməsi ABŞ-nin Rusiyanın bəzi banklarına qarşı tətbiq etdiyi yeni sanksiyalarla əlaqədardır. Bu məhdudiyyətlər xarici ticarət əməliyyatlarında müvəqqəti problemlərə, valyuta bazarında disbalanslara və dəyişkənliyə səbəb ola bilər.
Oxşar xəbərlər
ABŞ Ruanda Müdafiə Nazirliyinə qarşı sanksiyalar tətbiq edib
ABŞ Konqo Demokratik Respublikasının (KDR) şərqində fəaliyyət göstərən M23 silahlı qruplaşmasına dəstək verdiyinə görə Ruanda Müdafiə Nazirliyi və bir maliyyə t...