Diyarbəkir vilayətində uçuşlar dayandırılıb
Yeniliklərdən dərhal xəbərdar olun
Türkiyənin Diyarbəkir vilayətində müşahidə olunan qatı duman səbəbiylə görmə məsafəsi azalıb, bəzi reyslər gecikib.
BAKU.WS xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.
Bildirilib ki, şəhərdə müşahidə edilən duman həyata mənfi təsir edib. Görünüş bəzi yerlərdə 25 metrə qədər azalıb, sürücülər yavaş hərəkət etməli olublar.
Diyarbəkir hava limanında bəzi reyslər təxirə salınıb.
15-ci Regional Meteorologiya Müdirliyinin proqnozuna görə, bölgədə havanın dəyişkən buludlu olacağı, arabir yağış və sulu qar və qar yağacağı, rayonlarda arabir duman və çiskin olacağı gözlənilir.
Oxşar xəbərlər
Netanyahu üçün kritik sınaq: Seçkilərdən sonra İsraili nə gözləyir?
İsraildə oktyabrın 27-də keçirilən parlament seçkilərindən sonra ölkənin siyasi gələcəyi ilə bağlı əsas sual hələ də açıq qalır: Benjamin Netanyahu hakimiyyətdə...