DİQQƏT! Bunları etsək kondisionerlər xarab olmaz

Yayda sərinləmək üçün istifadə etdiyimiz kondisionerlərin müəyyən qulluğa ehtiyacı var. Onlara uzun müddət qulluq etmədikdə əvvəlki təsirini itirə bilər yaxud da xarab ola bilər. Bu səbəbdən onun yaxşı işləməsi və uzunömürlü olması üçün düzgün və müntəzəm qulluq etmək vacibdir.
BAKU.WS xarici KİV-ə istinadən kondisionerə qulluq etməyin əsas qaydalarını təqdim edir:
2-4 həftədən bir filtrlərin təmizlənməsi
Toz və kir filtrləri tıxaya bilər, bu da hava axınını azaldır və performansı zəiflədir. Hər 2-4 həftədən bir filtr çıxarılmalı və ilıq su ilə yuyulmalıdır.
Tam quruyandan sonra yenidən yerinə qoyulmalıdır.
İç blokun (evdə olan hissəsi) təmizliyi
Kondisionerin iç blokunun üstü və havalandırma çıxışları nəm parça ilə silinməlidir. Bu, tozun və bakteriyaların yayılmasının qarşısını alır.
Xarici blokun (çöldə olan hissəsi) təmizliyi
Xarici blok çirkləndikdə və ya tozla örtüldükdə kondisioner çətin işləyir və enerji sərfiyyatı artır. Təmizləmək üçün tozunu almaq və lazım gələrsə, su ilə yumaq olar.
İldə 1 dəfə professional texniki baxış lazımdır
Soyuducu qazın səviyyəsi, boruların vəziyyəti, sistemin ümumi yoxlanması mütəxəssis tərəfindən ildə bir dəfə aparılmalıdır. Əgər qaz azalıbsa, doldurulmalıdır.
Kondisioneri birdən 16°C kimi çox aşağı temperatura salmaq kompressora zərər verə bilər. Otağı soyutmaq üçün pəncərə və qapılar bağlı olmalıdır.
Daim açıq və uzunmüddətli işlətmək sistemin ömrünü azaldır.
Kondisioneri rejimlərdən düzgün istifadə etmək lazımdır. "Dry" rejimi rütubəti azaldır, nəmli havalarda istifadə etmək yaxşıdır. "Fan" rejimi yalnız ventilyator kimi işləyir, enerji sərfiyyatını azaldır.
Oxşar xəbərlər
Kamçatkada vulkan püskürüb
Kamçatkada Klyuçevskaya Sopka vulkanı püskürüb. BAKU.WS xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Kamçatka bölməsinin m...
