Devid Bekhemlə oğlu arasında nə baş verir?
Yeniliklərdən dərhal xəbərdar olun
Keçmiş futbolçu Devid Bekhemlə oğlu Bruklin Bekhem arasındakı gərginlik dünya mətbuatında gündəm olub.
BAKU.WS xəbər verir ki, Bruklinin atasının 50-ci yaş gününə qatılmaması ikili arasındakı gərginliyin daha da alovlanmasına səbəb olub.
Ata və oğul arasındakı gərginliyə səbəbin Bruklinin kiçik qardaşı Romeo olduğu bildirilib.
Belə ki, Bruklin ailəsinin Romeoya daha çox diqqət, qayğı və maddi dəstək göstərdiyini düşünüb.
Bunu eşidən Devid depressiyaya düşüb. Bruklin ana və atası ilə başqa yerdə görüşüb bu barədə danışmaq istəsə də, onlar oğullarının bu istəyini rədd ediblər.
"The Mirror "un yaydığı məlumata əsasən, gəlin Peltz istəyir ki, Bruklin ailəsi ilə münasibətini düzəltsin.
Qalereya
Oxşar xəbərlər
Çində yeni tendensiya - Gənclər ev heyvanı əvəzinə mamır basmış kərpic saxlayırlar
Çində gənclər arasında qeyri-adi hobbi populyarlaşıb. Belə ki, onlar ev heyvanı əvəzinə üzərində mamır yetişən kərpiclər saxlayırlar. BAKU.WS xəbər verir ki, b...