Devid Bekhemin oğlu 14 yaş böyük sevgilisi ilə görüntüləndi

Keçmiş futbolçu Devid Bekhemin oğlu Romeo Bekhem yeni sevgilisi ilə görüntülənib.
BAKU.WS xəbər verir ki, bu ilin fevralında 5 illik eşq münasibətinə son qoyan Romeo ABŞ-li model Sofi Culiya ilə sevgilidir.
Cütlük Londonda paparazzilərin kameralarına tuş gəliblər. Onlar restoranlardan birində əylənib daha sonra avtomobilə minərək oradan uzaqlaşıblar. Sofiya 36, Romeo isə 22 yaşındadır.

Yayılan məlumatlara görə, Romeo model sevgilisini ilk dəfə məşhurların tanışlıq proqram "Raya"da görüb sevib.

Romeo barəsində sosial şəbəklərdə "Adının haqqını verir" sözlərinin yazıblar. O da atası Devid kimi futbolçudur. Lakin Romeo daha çox şəxsi həyatı ilə gündəmə gəlir.
O sonuncu dəfə "Brentford B" komandasında forma geyinib. Bu mövsüm isə o artıq heç bir komandada deyil.
Oxşar xəbərlər
Sarqsyanın partiyası Paşinyana etimadsızlıq səsverməsinə başlamaq üçün baş nazir vəzifəsinə namizəd seçib
Ermənistanın Respublikaçılar Partiyası (ERP) baş nazir Nikol Paşinyana qarşı impiçment prosesi çərçivəsində partiyanın sədr müavini Armen Aşotyanın baş nazir po...
