Devid Bekhemə fəxri ad veriləcək

İngiltərə millisinin keçmiş kapitanı Devid Bekhemə "Cəngavər" fəxri adı veriləcək.
BAKU.WS "The Sun" nəşrinə istinadən xəbər verir ki, Bekhemin adı Kral III Çarlzın gələn həftə açıqlayacağı rəsmi siyahıya salınıb.
Rəsmi mərasimdən sonra 50 yaşlı futbol əfsanəsi artıq "Ser Devid" kimi tanınacaq. Onun həyat yoldaşı, məşhur dizayner Viktoriya Bekhem isə "Ledi Bekhem" titulunu alacaq.
Bu qərar təkcə Devid Bekhemin futbol sahəsindəki uğurlarına deyil, həm də onun geniş ictimai fəaliyyətinə əsaslanır. O, UNICEF və Kral Fondunun səfiri olaraq bir sıra sosial layihələrdə – uşaqların rifahı, səhiyyə və ətraf mühitin mühafizəsi ilə bağlı təşəbbüslərdə fəal iştirak edir.
Xatırladaq ki, Bekhem 2003-cü ildə Britaniya imperiyasının ordeni (OBE) ilə təltif olunmuşdu. Bu dəfəki "Cəngavər" titulu isə onun indiyədək aldığı ən yüksək rəsmi mükafat sayılır.
Oxşar xəbərlər
Xamənei Trampa: Zənn elə ki, nüvə sənayemizi məhv etmisən
ABŞ Prezidenti Donald Tramp İranın nüvə sənayesini məhv etdiyini düşünə bilər. BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə İranın ali rəhbəri ayətulla...
