Dərbənddə silahlı atışma: Bir ölü, bir yaralı - ANBAAN VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Dərbənddə baş verən atışma nəticəsində bir polis əməkdaşı yaralanıb, hücum edən şəxs isə zərərsizləşdirilib.
BAKU.WS xəbər verir ki, bu barədə Dağıstan Respublikası Daxili İşlər Nazirliyi məlumat yayıb.
"Silahlı hücum Dərbənd şəhərinin Maxaçkala küçəsində baş verib. Avtomobil sürücüsü polisin dəfələrlə dayanmaq tələblərinə məhəl qoymayaraq qaçmağa cəhd edib, bilərəkdən polis əməkdaşını vurub və əməkdaşların üzərinə bir neçə dəfə atəş açıb. Cavab olaraq polis əməkdaşları tabel silahından istifadə ediblər", – deyə hüquq-mühafizə orqanlarından bildirilib.
Qeyd olunur ki, polis əməkdaşlarının cavab atəşi nəticəsində hücum edən şəxs zərərsizləşdirilib. Yaralanan polis əməkdaşı dərhal hospitala çatdırılıb və əməliyyat olunub – onun həyatına təhlükə yoxdur.
Oxşar xəbərlər
32 yaşlı opera müğənnisi atasının 73 yaşlı dostu ilə evləndi
Honkonqda tanınmış opera müğənnisi Yemina Yu Çun-yan özündən 41 yaş böyük, keçmiş siyasətçi Lo Vay Kvokla ailə həyatı qurub. BAKU.WS xəbər verir ki, "AsiaOne" n...