Deputat təyyarədə qalmaqal yaradıb
Yekaterinburqa yönələn təyyarə reysində qayda pozuntusu törədən şəxs haqqında məlumat verilib. Məlum olub ki, qayda pozan şəxs deputatdır.
BAKU.WS xəbər verir ki, bu barədə Baza Telegram-kanalı məlumat yayıb.
Jurnalistlərin verdiyi məlumata görə, "Aeroflot"un Şeremetyevo hava limanından Koltsovoya uçan təyyarəsi 4 yanvar tarixində təyinat nöqtəsinə çatıb. Enmədən əvvəl ekipaj qeyri-adekvat davranışlar sərgiləyən, nalayiq ifadələr işlədən və sakitləşə bilməyən bir kişi barədə məlumat verib. Təyyarə yerə endikdən sonra polis cəlb edilib. Həmin şəxs dərhal saxlanılıb və şöbəyə aparılıb.
Araşdırma zamanı məlum olub ki, qayda pozan şəxs KPRF (Rusiya Federasiyası Kommunist Partiyası) partiyasından olan deputat və "Mayak" tikinti şirkətinin vitse-prezidenti Stanislav Bloxin olub.
Dindirilmə zamanı deputat bildirib ki, heç bir qalmaqal yaratmayıb - yalnız sevgilisi ilə bir qədəh şərab içmək istəyib. Onun sözlərinə görə, stüardessalar uzun müddət onlara şərab gətirməyib, lakin sonda razılaşıblar.
Polis əməkdaşları deputatın tərəfini tutub və Bloxin haqqında heç bir protokol tərtib etməmək qərarına gəlib. Bu barədə Telegram-kanal məlumat yayıb.
Oxşar xəbərlər
Türkiyə Trampdan əsas gözləntisini açıqlayıb
Türkiyə ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampdan əsas gözləntisini açıqlayıb. "Report" xəbər verir ki, bu barədə Türkiyənin hakim Ədalət və İnkişaf Part...