Dənizin ortasında çarəsiz qalan rusiyalı turistlər xilas ediliblər
Bir qrup rusiyalı turist Taylandın Phuket adasındakı açıq dənizdə qorxulu anlar yaşayıblar.
BAKU.WS xəbər verir ki, bu barədə "SHOT" teleqram kanalı məlumat verib.
Məlumata görə, turistlərə adalara aparmaq vəd olunsa da dənizdə köməksiz vəziyyətdə düşüblər.
Bildirilir ki, rusiyalı turistlərə Phi-Phi, Krabi kimi məşhur adaları gəzdirmək, eləcə də Leonardo Di Kaprionun çəkildiyi "Çimərlik" filminin lentə alındığı Maya Bay körfəzini göstərmək vəd olunub.
Gəmi ekskursiyanın demək olar ki, əvvəlində dənizin ortasında xarab olub. Təxminən bir saat yarım onu təmir etməyə çalışıblar. Sonra ikinci qayıq çağırılıb. Turistlər vəd olunan adalara baş çəkə biliblər, lakin geri dönüş yolunda yanacaq bitdiyi üçün gəmi dayanıb. Ruslar üçüncü qayığı gözləyərkən, onları dəniz dalğalarından ürəkbulanma tutub.
Qayığın içində tualet olmayıb. Hava da pisləşib, güclü yağış yağıb və şimşəklər çaxıb. İstirahət edənlər sahilə yalnız axşam saat radələrində çatdırılıblar.
Oxşar xəbərlər
Suriyada dəhşətli avtobus qəzası: Çox sayda ÖLƏN VƏ YARALILAR VAR
Suriyanın şərqində iki sərnişin avtobusunun iştirakı ilə baş verən yol-nəqliyyat hadisəsi nəticəsində ən azı 35 nəfər həyatını itirib, 30 nəfər isə müxtəlif dər...