Dəməşq Hava Limanından ilk beynəlxalq uçuş BƏƏ-yə həyata keçirildi
18 dekabrda yenidən fəaliyyətə başlayan Dəməşq Hava Limanından ilk beynəlxalq uçuş Birləşmiş Ərəb Əmirliklərinin Şarika şəhərinə həyata keçirilib.
BAKU.WS haber global-a istinadən xəbər verir ki, bu uçuş, Suriya Hava Yollarına məxsus sərnişin təyyarəsi tərəfindən yerinə yetirilib.
Beşşar Əsəd rejiminin devrilməsindən sonra Dəməşq Hava Limanı həm daxili, həm də beynəlxalq uçuşlar üçün açılıb. Limanın yenidən istifadəyə verilməsi böyük maraqla qarşılanıb.
Dəməşq Hava Limanı direktoru Ənis Falluh yaxın zamanda Qatar Hava Yollarının Doha-Şam reysinin də həyata keçiriləcəyini bildirib və uçuşların təhlükəsizliyini təmin etmək üçün bütün hazırlıqların tamamlandığını qeyd edib. Hal-hazırda limanda 140-150 sərnişinin olduğunu və bir çox aviaşirkətin Dəməşq Hava Limanından istifadə etmək üçün yeni razılaşmalar bağlamağa maraqlı olduğunu vurğulayıb.
Suriya Sivil Aviasiya və Hava Nəqliyyatı Heyətinin rəhbəri Əşhəd Salibi Dəməşq və Hələb hava limanlarının beynəlxalq uçuşlara açılması üçün tərəfdaşlarla birlikdə işlədiklərini və hava limanlarının beynəlxalq uçuşları qəbul edə biləcək səviyyəyə gətirildiyini bəyan edib.
Oxşar xəbərlər
Rusiyalı müğənninin mənzilindən milyonlar oğurlandı
Tanınmış rusiyalı müğənni Yuliya Parşutanın mənzilindən 3 milyondan çox rubl oğurlanıb. BAKU.WS xəbər verir ki, Telegram kanalı Shot-un məlumatına görə, oğrula...