Danimarkanın varis şahzadəsi Qrenlandiyaya köçürülə bilər

Danimarkanın varis şahzadəsi Qrenlandiyaya köçürülə bilər
Dünya 40

Danimarkada varis şahzadə Kristianın sarayının Qrenlandiyaya, xüsusilə Nuuk şəhərinə köçürülməsi təklif olunub. Bu təşəbbüsün məqsədi ada ilə Danimarka arasındakı əlaqələri gücləndirməkdir. Məlumatı Netavisen Pio qəzetinin baş redaktoru və ictimai fəal Nils Yespersen BT tabloidinə verdiyi müsahibədə açıqlayıb.

BAKU.WS xəbər verir ki, Yespersen bildirib ki, Danimarka ilə Qrenlandiya arasında möhkəm əlaqələrin olmaması boşluq yaradıb və bu boşluğu hazırda ABŞ doldurmağa çalışır. Onun sözlərinə görə, "Krallıq ailəsi Qrenlandiyada məşhurdur və bu, krallıqları birləşdirir. Varis şahzadə Kristian və ya digər ailə üzvü Nuuk və Torşavn şəhərində daimi saraya malik olmalı, qrenland və farer dillərini öyrənməlidir". O, bunu İngiltərə və Uelsin birləşməsinə bənzədib.

Bununla yanaşı, ictimai fəal qeyd edib ki, yalnız bu kifayət etmir, Qrenlandiya milli qvardiyası da yaradılmalıdır.

Siyasi şərhçi Yarl Kordua bu fikrin müəyyən qədər doğru olduğunu, lakin indiki mərhələdə aktuallığından şübhəli olduğunu bildirir. Onun fikrincə, bu addım 15-25 il əvvəl işləyə bilərdi, lakin indi gecdir.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp Qrenlandiyaya müdaxilə planı hazırlamağı tapşırıb.

Son xəbərlər