Daha bir ölkədə sərnişin təyyarəsi qəza enişi etdi
Oslodan Amsterdam istiqamətində uçan "KLM Royal Dutch Airlines" aviaşirkətinə məxsus sərnişin təyyarəsi havaya qalxdıqdan dərhal sonra qəza enişi edib və uçuş-enmə zolağını (UEZ) keçərək çəmənliyə çıxıb.
Bu barədə Norveç Dövlət Radiosu (NRK) məlumat yayıb.
İlkin məlumata görə, hadisənin səbəbi hidravlik sistemindəki nasazlıq olub.
Təyyarənin bortunda 182 nəfər olub və onların heç biri xəsarət almayıb.
Pilotlar nasazlığı aşkar etdikdən sonra təyyarəni Oslodan 110 kilometr cənubda yerləşən Sandefjord hava limanına endirmək qərarına gəliblər. Eniş zamanı təyyarə uçuş-enmə zolağını keçərək çəmənlikdə dayanıb.
Flash:
— Yuvraj Singh Mann (@yuvnique) December 29, 2024
A #KLM Royal Dutch Airlines flight veered off the runway at Oslo Torp Sandefjord Airport in #Norway following an emergency landing.
According to officials, the #Boeing737-800, en route to Amsterdam from Oslo Airport, experienced a hydraulic failure shortly after… pic.twitter.com/97KrXUdtQw
Qalereya
Oxşar xəbərlər
Rusiya sərhədçiləri daha bir ölkədə postları tərk etdi
2025-ci il yanvarın 1-dən etibarən Rusiya sərhədçiləri Ermənistan və İran sərhədindəki keçid məntəqəsini tərk ediblər. Bu barədə "RIA Novosti" agentliyinə Ermən...