Dağıstanda sel zamanı itkin düşən 5 yaşlı qızın meyiti tapılıb

Dağıstanda sel zamanı itkin düşən 5 yaşlı qızın meyiti tapılıb
Dünya 50

Dağıstanda sel zamanı itkin düşmüş 5 yaşlı qızın meyiti tapılıb.

BAKU.WS xəbər verir ki, bu barədə Dərbənd rayon administrasiyası məlumat yayıb.

Rəsmi məlumata görə, uşağın cəsədi Mamеdqala qəsəbəsi yaxınlığında aşkarlanıb. Qızın özü isə Velikent kəndindən olub (hər iki yaşayış məntəqəsi Dərbənd rayonunda yerləşir).

Bildirilir ki, suyun səviyyəsinin qalxması nəticəsində Mamеdqala ərazisində federal magistral yolun bir hissəsində güclü axın yaranıb və qızı su aparıb.

Qeyd edək ki, Dağıstanda daşqınlar mart ayının sonlarında güclü yağışlar nəticəsində başlayıb. Aprelin 5-də isə Dərbənd rayonunda yerləşən Gadjux su anbarında bəndin dağılması baş verib. Mamеdqala ilə Gadjux qəsəbələri arasındakı yolda güclü su axını bir neçə avtomobili aparıb.

Rayon rəhbərliyi yeddi nəfərin xilas edildiyini bildirsə də, onlardan ikisi - bir qadın və yeniyetmə sonradan həyatını itirib.

Son xəbərlər