Dağıstanda daşqınlar kənd təsərrüfatına ciddi ziyan vurub
Dağıstan rəhbəri Sergey Melikov bildirib ki, regionda baş verən daşqınlar aqrar sahəyə ciddi zərər vurub.
BAKU.WS xəbər verir ki, onun sözlərinə görə, təbii fəlakət nəticəsində təxminən 700 baş iri buynuzlu mal-qara, 2200-dən çox xırdabuynuzlu heyvan və 60 mindən artıq quş tələf olub.
Mart ayının sonunda Şimali Qafqaz bölgəsində genişmiqyaslı daşqınlar baş verib və bu fəlakət təkcə Dağıstanla məhdudlaşmayıb. Çeçenistan ərazisində təxminən 2 min ev su altında qalıb, 17 körpü zədələnib və fövqəladə vəziyyət elan edilib.
Şimali Osetiya bölgəsində iki kəndi birləşdirən yolun bir hissəsi dağılıb, İnquşetiya ərazisində isə elektrik enerjisində fasilələr qeydə alınıb.
Dağıstanın paytaxtı Mahaçqala şəhərində üç əsas enerji təminatı mərkəzi su altında qalıb və nəticədə 65 min abonent işıqsız qalıb.
Daşqınlar içməli suyun çirklənməsinə də səbəb olub. Nəticədə onlarla insan qida zəhərlənməsindən zərər çəkib və bölgədə virus hepatitinə qarşı təcili vaksinasiya tədbirləri həyata keçirilir.
Oxşar xəbərlər
Eyal Zamir: İsrail İranla münaqişədə strateji nöqtəyə yaxınlaşır
İsrail İrana qarşı müharibədə strateji nöqtəyə yaxınlaşır. BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusunun Baş Qərargah rəisi Eya...