CZN Burak niyə arıqladı? - Səbəb
Sosial media fenomeni CZN Burak qonaq olduğu proqramda 2 ildə 52 kilo verməsi ilə bağlı danışıb.
BAKU.WS xarici mediaya istinadən xəbər verir ki, mədə əməliyyatı olduğu iddia edilən CZN Burak bu barədə susqunluğunu pozub.
Sosial mediada çəkdiyi yemək videoları ilə tanınan və bir çox ölkədə restoranlar açan CZN Burak Eser Yenenlerin proqramına qonaq olub. Son illərdə verdiyi kilolarla gündəmdə olan CZN Burak mövzu ilə bağlı fikirlərini bildirib.
CZN Burak Eser Yenenlerin "Mədə əməliyyatı oldunmu?" sualına, "Mən mədə əməliyyatı olmamışam, mədəmdə bir narahatlıq var idi, mədə qanaması keçirdim. Ondan sonra, çox elə yemək yeyə bilmədim, indi-indi toparlanıram." cavabını verdi.
Oxşar xəbərlər
Bərzaninin evinə PUA hücumu olub
Rəsmi Bağdad İraq Kürdüstan Regionunun başçısı Neçirvan Bərzaninin evinə pilotsuz uçuş aparatı ilə (PUA) hücumdan sonra araşdırma aparılması barədə göstəriş ver...