COVID-19-un yeni XEC ştammı ilə bağlı həkimlərdən xəbərdarlıq
2019-cu ildə Çinin Uhan bölgəsində ortaya çıxan və dünya miqyasında pandemiyaya səbəb olan COVID-19-un yeni bir ştammı olan XEC variantı ilə bağlı narahatlıqlar artır.
Omikronun bir alt qrupu kimi tanınan bu yeni variant artıq Avropa ölkələrində və Rusiyada müşahidə edilib.
Mütəxəssislər onun xüsusiyyətləri və yaratdığı risklər barədə açıqlamalar verib.
BAKU.WS xarici KİV-ə istinadən XEC variantının simptomları və yayılma tezliyi barədə məlumatları təqdim edir:
Professor Sinem İliyazın verdiyi məlumata görə, XEC ştammı COVID-19-un əvvəlki ştammlarına bənzəyir və əsasən yuxarı tənəffüs yolları infeksiyaları kimi özünü göstərir. Zatürre (pnevmoniya) halları pandemiyanın əvvəllərindəki kimi sıx görünməsə də, immuniteti zəif olan insanlarda bu xəstəlik yenə də müşahidə edilə bilər.
İliyaz qeyd edir ki, bu yeni ştamm ümumilikdə daha yüngül keçir və xəstələrin çoxu ciddi fəsadlar yaşamır. Lakin payız və qış aylarında yuxarı tənəffüs yolu infeksiyalarında artımın olması gözlənilir, xüsusən də məktəblərin açılması ilə xəstələrin sayının artacağı düşünülür.
Profilaktik tədbirlər və vaksinlərin rolu
Mütəxəssislər, xüsusən də immuniteti zəif olan insanların özlərini qorumaq üçün bəzi tədbirlərə əməl etməli olduğunu bildirirlər. Əllərin müntəzəm yuyulması, qapalı məkanların havalandırılması və maska taxılması bu tədbirlər sırasındadır. Professor İliyaz vurğulayıb ki, vaksinlər bu yeni ştamma qarşı da təsirlidir, lakin vaxt keçdikcə vaksinlərin təsir gücü bir qədər zəifləyə bilər.
XEC və digər viruslarla bağlı narahatlıqlar
XEC ştammının digər üst tənəffüs yolu infeksiyalarından fərqlənmədiyini qeyd edən İnfeksionist Müberra Hraloğlu, virusun yüngül simptomlarla müşahidə edildiyini və əksər hallarda ciddi xəstəlik yaratmadığını bildirib. Xəstəliyin daha çox yaşlılar və xroniki xəstəlikləri olan insanlarda ağır keçməsi ehtimalı var. Həkimlər, həmçinin insanların çox olduğu məkanlarda maska taxmağın və şəxsi gigiyenaya diqqət etməyin xəstəliyin yayılmasının qarşısını alacağını vurğulayırlar.
Maymun çiçəyi xəstəliyi ilə bağlı da açıqlama verən Hraloğlu, bu xəstəliyin yaxın təmasla yayıldığını və dərhal tibbi yardım alınmasının vacib olduğunu qeyd edib.
Mütəxəssislər insanları panikaya düşməməyə və profilaktik tədbirlərə riayət etməyə çağırır, çünki XEC ştammı əvvəlki variantlarla müqayisədə daha yüngül keçir.
Oxşar xəbərlər
Məşhur porno aktrisa sektora gəlməyindən danışıb - Ərimlə çoxlu borcumuz var idi
"Lüks qız" adı ilə tanınan keçmiş rus porno ulduzu Polina Marçenko həyat yoldaşı ilə seks sektoruna pul çatışmazlığı ucbatından girdiyini deyib. BAKU.WS xəbər v...