"Coca-Cola" tərkibində yüksək xlorat olduğuna görə 6 ölkədəki məhsullarını geri çağırır

Qida şirkəti "The Coca-Cola Company"ın törəmə şirkəti olan "Coca-Cola Europacific Partners Belgium" icazə verilən həddən artıq xlorat istifadəsi səbəbilə Belçika, Böyük Britaniya, Lüksemburq, Hollandiya, Fransa və Almaniya bazarlarından məhsullarını geri çağırdığını elan edib.
BAKU.WS xəbər verir ki, bu barədə "Agence France-Presse" nəşri məlumat yayıb.
"Bizim dəqiq rəqəmlərimiz yoxdur, amma aydındır ki, əhəmiyyətli dərəcədə yüksək rəqəmdən söhbət gedir", - deyə şirkət nümayəndəsi qeyd edib.
Geri çağırılma 2024-cü ilin noyabr ayının sonundan etibarən istehsal olunan qutularda və butulkalarda qablaşdırılan "Coca-Cola", "Sprite", "Fanta", "Fuze Tea", "Minute Maid", "Nalu", "Royal Bliss" və "Tropico" brendlərinə aiddir. Problem içkilərin Gentdəki istehsal müəssisəsində normativ tələblərə uyğunluğunu yoxlamaq üçün keyfiyyət yoxlanışı zamanı aşkar edilib.
Uyğun olmayan məhsulların əsas hissəsi artıq dövriyyədən çıxarılıb və ya bazara buraxılmayıb.
irkət qalan partiyaların ələ keçirilməsi üçün sadalanan ölkələrin hakimiyyət orqanları ilə işi davam etdirir.
Ötən ilin oktyabr ayında Coca-Cola həmçinin zərərli hissəciklərin qablaşdırmaya nüfuz etmə riski səbəbindən Avstriya bazarından 28 milyon 0,5 litrlik şüşəni geri çağırmaq qərarına gəlib.
Oxşar xəbərlər
Suriyada "Hizbullah"a silah satan qruplaşmanın üzvləri SAXLANILDILAR
Suriya təhlükəsizlik qüvvələri silah qaçaqmalçılığı və satışı ilə məşğul olan, eyni zamanda Livanın "Hizbullah" təşkilatına silah satan cinayətkar qrupu ifşa ed...
