Çinin avtomobil nəhəngi rekord sayda maşın satıb

Çinin avtomobil nəhəngi rekord sayda maşın satıb
Dünya 377

Çinin BYD şirkəti 2025-ci ilin birinci rübündə rekord sayda avtomobil satmağa nail olub.

BAKU.WS xəbər verir ki, yanvar-mart aylarında Çinin ən iri avtomobil istehsalçılarından biri 416 388 ədəd elektromobil satıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 40 faiz çoxdur.

Hibrid avtomobillərin satışı isə 569 710 ədədə çataraq 2024-cü ilin birinci rübü ilə müqayisədə 76 faiz artıb.

Təkcə mart ayında BYD xaricə 206 084 elektromobil tədarük edib ki, bu da ötən ilin mart ayı ilə müqayisədə 111 faiz çoxdur.

BYD-nin satış strukturunda PHEV (elektrik mühərrikli hibrid avtomobillər) payı ötən ilki 51,9 faizdən 57,8 faizə yüksəlib. Eyni zamanda, elektromobillərin payı 48,1 faizdən 42,2 faizə enib.

Analitiklərin proqnozlarına görə, BYD bu il yeni bir rekord vuraraq dünya üzrə 5,5 milyon avtomobil satacaq. 2024-cü ilin nəticəsi 4,3 milyon, 2023-cü ildə isə üç milyon idi.

Oxşar xəbərlər

Azərbaycanlı reper Rusiya-Ukrayna müharibəsində həyatını itirdi

Azərbaycanlı reper Rusiya-Ukrayna müharibəsində həyatını itirdi

Azərbaycanlı reper Rəşadət Əliyev Rusiya-Ukrayna müharibəsi zamanı həyatını itirib. BAKU.WS xəbər verir ki, məlumatı məşhur reper Əkbər Novruzlu (Epi) paylaşıb....

57 Dünya 12:47 21 oktyabr 2025

Son xəbərlər