Çindən daha bir virus çıxdı - İnsanlar üçün təhlükə var?

Çində yarasalarda aşkarlanan və insanlara keçə bilən HKU5-CoV-2 koronavirusu hələ ki insanlar üçün açıq-aydın təhlükə yaratmır.
BAKU.WS xəbər verir ki, bunu Rusiya Elmlər Akademiyasının akademiki Sergey Netesov deyib.
Alimin sözlərinə görə, bu virus hələ 2006-cı ildə Çində qeydə alınan HKU5-in yeni variantıdır.
"Onun S zülalında olan növlərindən biri, COVID-19-a səbəb olan SARS-CoV-2 virusu ilə eyni insan hüceyrə reseptorları ilə bağlayıcı yerə sahib görünür. Lakin indiyədək bu virus bir nəfərdə xəstəlik törətməyib", - Netesov bildirib.
O, yarasaların yüzlərlə müxtəlif virus daşıdığını, lakin onlardan yalnız bir neçəsinin insanlara yoluxdurmaq qabiliyyətinə malik olduğunu qeyd edib. Bu amili nəzərə alsaq, HKU5-CoV-2-nin insanlar üçün təhlükəli olması ehtimalı son dərəcə aşağı olaraq qalır.
Qeyd edək ki, Konqo Demokratik Respublikasında 50-dən çox insanın ölümünə səbəb olan naməlum xəstəliyin epidemiyası qeydə alınıb. Yerli hakimiyyət orqanlarının məlumatına görə, fevralın əvvəlindən ölkədə 943-dən çox yoluxma halı aşkarlanıb.
Oxşar xəbərlər
10 ay həbsinə qərar verilən Serdar Ortaçın SON HALI
10 ay həbsinə qərar verilən müğənni Serdar Ortaçın yeni görüntüləri yayılıb. BAKU.WS xəbər verir ki, sənətçi bu gün şoumen Mehmet Ali Erbillə bağlı keçirilən mə...
