Çində yeni VİRUS - 7 min nəfər "çikinqunya"ya yoluxub

Çində yeni VİRUS -  7 min nəfər çikinqunyaya yoluxub
Foto
Dünya 70

Çinin Quanqdonq əyalətində iyul ayından bəri 7 mindən çox insan "çikinqunya" virusuna yoluxub. Virus ən çox Foshan şəhərində yayılıb. Yoluxan şəxslər müalicə müddətində xəstəxanada saxlanılır və yalnız test nəticələri mənfi çıxdıqda və ya bir həftə sonra evə buraxılır.

BAKU.WS xarici mediaya istinadən xəbər verir ki, "çikinqunya" ağrılı oynaqlar və yüksək hərarətlə müşayiət olunan virusdur.

O, yoluxmuş ağcaqanadın dişləməsi ilə yayılır və insandan insana keçmir. Xəstələrin 95 faizi bir həftə ərzində sağalır.

Hong Kongda da bir yoluxma halı aşkarlanıb – 12 yaşlı oğlan Foshan səfərindən sonra virusun simptomlarını göstərib.

Hakimiyyət orqanları virusun yayılmasının qarşısını almaq üçün sərt tədbirlər görür. Staqnant (durğun) su mənbələrinin təmizlənməsi, evlərdəki çiçək qabları və digər yerlərdəki suların tökülməsi tapşırılıb. Qaydalara əməl etməyənlərə 10 min yuana qədər cərimə tətbiq olunacaq.

Bundan əlavə, ağcaqanad yeyən balıqlar göllərə buraxılıb, bəzi ərazilərdə isə dronlarla su mənbələri müəyyən edilir.

Ümumdünya Səhiyyə Təşkilatı virusla mübarizənin ən effektiv yolunun ağcaqanadların çoxalmasına səbəb olan durğun suların aradan qaldırılması olduğunu bildirir.

Son xəbərlər