Çində gündəlik səyahət sayında yeni rekord qeydə alınıb: 350 milyon
Çin yeni ili və ya yaz festivalı ilə əlaqədar tətil dövründə gündəlik səyahət sayında yeni rekord qeydə alınıb.
BAKU.WS AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Çinin Nəqliyyat Nazirliyi məlumat yayıb. Fevralın 20-də ölkə üzrə fərdi avtomobillərlə və ictimai nəqliyyatla sərnişin səfərlərinin sayı 352 milyonu ötüb. Bu, gündəlik şəhərlərarası və əyalətlərarası səyahət sayına görə ötən il yaz festivalı dövründə qeydə alınmış rekord göstəricidən 12,3 faiz çoxdur.
Qeyd edək ki, Çində ay təqvimi üzrə yeni il bayramı ilə əlaqədar 40 günlük səyahət mövsümü dünyada ölkədaxili ən iri miqrasiya dövrü hesab olunur. Nəqliyyat Nazirliyinin proqnozuna əsasən səyahət mövsümündə ictimai və fərdi nəqliyyat vasitələri ilə 9,5 milyard sərnişin səfəri reallaşacaq. Səfərlərin təxminən 80 faizi (7,6 milyard nəfər) fərdi avtomobillərlə, 540 milyonu qatarla, 95 milyon isə hava nəqliyyatı il reallaşacaq. Hər üç nəqliyyat növü üzrə gündəlik rekord qeydə alınacağı gözlənilir. Yaz festivalı ailə vəhdəti bayramı hesab olunur. Əhalinin böyük hissəsi, xüsusən də miqrant işçilər ailə üzvlərini ziyarət etməyə, habelə istirahət üçün digər bölgələrə səyahət edirlər. Elə bu səbəbdəndir ki, festival dövründə nəqliyyatda böyük sıxlıq müşahidə olunur.
Oxşar xəbərlər
Trampın iqamətgahının ərazisinə girən şəxs zərərsizləşdirilib
ABŞ Məxfi Xidməti səhər saatlarında Floridadakı eks-prezident Donald Trampın Mar-a-Laqo iqamətgahına qanunsuz daxil olmağa cəhd edən silahlı şəxsi zərərsizləşdi...